Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb – Laçın rayonundan məcburi köçkün ölkə başçısına minnətdarlıq edib
22.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb.
Trend Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Laçın rayonundan məcburi köçkün, Ağcabədi rayonu sakini Pəhlivan Məmmədovun Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.
Pəhlivan Məmmədovun məktubunda qeyd edilir:
“Möhtərəm Prezidentimiz.
Dağlıq Qarabağ münaqişəsi səbəbindən 1992-ci ildən doğma yurdumdan köçkün düşərək ailəmlə birlikdə Ağcabədi rayonu ərazisində məskunlaşmışam. Mənfur düşmənlərimizin xəyanəti nəticəsində el-obamızı itirsək də, heç vaxt çətinlik görməmişik. Çünki Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb.











