Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi:  "Nənəm öləndə saatımız dayandı"

Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi: "Nənəm öləndə saatımız dayandı"

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Mərhum Xalq artisti Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi “5/5” verilişinə açıqlama verib.

nəvə Nəsibə nənəsinin məzarını ziyarət edərkən görüntülənib. O, N.Zeynalova ilə bağlı xatirələrini bölüşüb:

“Əsl xanım, gözəl həyat yoldaşı, ana və nənə idi. Nənəm məni övladlığa götürmüşdü. Novruz bayramı ərəfəsində doğulmuşdum. Atam adımı Bahar qoymaq istəyirdi. Nənəm deyib ki, öz adımı qoyacam. İndi sənəd üzərində Cahangir mənim qardaşım gedir. Həm atam, həm qardaşımdır.

Nənəmə son günlərində mən baxırdım. Medal vermişdilər, gətirib göstərdim. Kivi yedizdirdim, otaqdan çıxdım. Yarım saat sonra vəfat etdi. Həmin dəqiqə də evimizdəki saat dayandı”.

Share