Putin və Merkel arasında telefon danışığı olub
22.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, Rusiya və Almaniya liderləri yeni növ koronavirusa (COVİD-19) qarşı mübarizə və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.











