Aydın Hüseynov: Həyata keçirilən tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir

Aydın Hüseynov: Həyata keçirilən tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı sayəsində həyata keçirilən bütün tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir və xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bu gün planetimizdə COVID-19 pandemiyasının yol açdığı dərin çətinliklər ciddi problem yaratmaqdadır. Hətta elə bir vəziyyət yaranıb ki, dünyanın inkişaf etmiş əksər ölkələri belə aciz duruma düşüb:

“Belə bir çətin sınaq qarşısında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qabaqlayıcı, fundamental tədbirlərin görülməsi və genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirilməsi, xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb və bir çox ölkələr üçün nümunəyə çevrilib. Həyata keçirilən tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb və pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insana dövlət tərəfindən köməklik göstərilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər aradan qaldırılır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir.

Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük vəsait ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir”.

Share