Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-ın Nümayəndələr Palatasına məktub göndərib

Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-ın Nümayəndələr Palatasına məktub göndərib

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasına məktub göndərib. Məktubu diqqətinizə təqdim edirik.

Trend-in məlumatına görə, məktubda deyilir:

“Hörmətli Konqres üzvü,

Mən, Amerika Birləşmiş Statları Konqresinin Erməni lobbisinə yaxın olan nümayəndələri – Frank Pallone, Jake Spayer, Qus Bilirakis və Adam Şiffə – Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin nümayəndəsinə məsuliyyətsiz “təbrik məktubu” göndərmələrini qınayıram və etiraz edirəm.

Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun qeyri-qanuni şəkildə işğalına davam edərkən Azərbaycan icması 28 ildən çoxdur ki etnik təmizlənmə yolu ilə zorla evlərindən qovulmuş və təməl insan haqlarından məhrum edilmişdir.

Share