TƏBİB bugünkü test sayını açıqladı
22.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bu gün Azərbaycanda koronavirusla bağlı 5 457 test edilib.
bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aprelin 22-nə açıqladığı statistik göstəricidə qeyd olunub.
Bildirilib ki, indiyədək ölkədə 108 min 221 test edilib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 38 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək ölkədə 1 518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 907-si sağalıb, 20-si ölüb. Hazırda aktiv xəstə sayı 591-dir.












