Bakıda motosiklet piyadanı vurub
22.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı ahıl kişini motosiklet vurub.
APA xəbər verir ki, hadisə Xətai prospektində baş verib.
1945-ci il təvəllüdlü Əkbərov Hətəm Nəcəf oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu motosiklet vurub. O, ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.











