Sentyabr ayında Berlində keçirilməsi nəzərdə tutulan marafon təxirə salınıb
23.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Sentyabrın 26-27-də Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan marafon koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
AZƏRTAC turnirin rəsmi saytına istinadla xəbər verir ki, bu addım yerli hökumətin ölkədə 5 min və daha artıq insanın iştirakı ilə nəzərdə tutulan tədbirlərə qoyduğu qadağa səbəbindən atılıb.
Yarışın yeni vaxtı barədə qısa müddətdə məlumat veriləcəyi vurğulanıb.
Qeyd edək ki, Berlin marafonu 1974-cü ildən bəri hər il təşkil olunur.











