Triatlonçumuz Rostislav Pevtsov beynəlxalq reytinq cədvəlində 20-ci pillədə qərarlaşıb
23.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Avropa Triatlon Şurası idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 1 pillə geriləyib. Belə ki, hesabında 2464 xal olan R.Pevtsov 20-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlinə fransalı Vinsent Luis liderik edir. İlk üçlüyü İspaniya idmançıları Mario Mola və Fernando Alarza qapayırlar.











