Xaçmazda avtomobillə vurulan piyada ölüb
23.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 22-də saat 23.00 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini F.Ağarzayev idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən Quba rayon sakini Ədalər Süleymanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.











