İsveç Futbol Liqası ilk matçların 2020-ci ilin yayında keçirilməsinə icazə verməyi nəzərdə tutub

İsveç Futbol Liqası ilk matçların 2020-ci ilin yayında keçirilməsinə icazə verməyi nəzərdə tutub

23.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Stokholm, 23 aprel, AZƏRTAC

İsveç Futbol Liqası (Allsvenskan) ilk matçların 2020-ci ilin yayında keçirilməsinə icazə verməyi nəzərdə tutub.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, Allsvenskan birinci matçın cari il iyunun 14-də keçirilməsinə icazə verməyi planlaşdırır.

Futbol Liqasının bəyanatında bildirilir: “Bu tarix menecerləri videobağlantı vasitəsilə təşkil olunan toplantısında 32 üzvdən ibarət klublar üçün elan olunub. Bütün klublar oyunlara iyunun 14-dən başlamağa razı olduqlarını nümayiş etdiriblər”.

Qeyd edək ki, İsveçdə hava şəraiti ilə əlaqədar, ölkənin futbol liqasının matçları adətən apreldə başlayır və noyabrda sona çatır. Lakin bu il koronavirusun sürətlə yayılması üzündən, İsveçin hakimiyyət orqanları bir sıra təxirəsalınmaz tədbirlər görməyə, o cümlədən futbol matçları da daxil olmaqla iri layihələrin ləğvinə məcbur olublar.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Share