Qubada fəhlənin faciəvi ölümü ilə bağlı cinayət işi başlanıb
23.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Qubada fəhlənin faciəvi ölümü ilə bağlı cinayət işi başlanıb.
APA-nın məlumatına görə, rayon ərazisində tikilən binanın həyətində sürücü Tələt Rəsulov ekskavatorla orada fəhlə işləyən 1986-cı il təvəllüdlü Eldar Hüseynovu vurub. E. Hüseynov aldığı xəsarətdən ölüb.
Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.











