Bakıda “BMW” markalı avtomobil elektrik dirəyinə çırpılaraq yanıb
24.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakının Xətai rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.











