“Borussiya Dortmund” Ceydon Sanço ilə yeni müqavilə imzalamağa hazırlaşır

“Borussiya Dortmund” Ceydon Sanço ilə yeni müqavilə imzalamağa hazırlaşır

24.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Almaniyanın “Borussiya Dortmund” futbol klubu yarımmüdafiəçisi Ceydon Sanço ilə yeni müqavilə imzalamağa hazırlaşır.

AZƏRTAC Almaniya mətbuatına istinadla xəbər verir ki, Dortmund klubu 20 yaşlı yarımmüdafiəçiyə daha yaxşı şərtlərlə yeni müqavilə təklifi hazırlayıb. Bildirilib ki, Bundesliqa təmsilçisi ingiltərəli futbolçuya ilinə 10 milyon avro ödəməyə hazırdır. O, hazırda ilinə 6 milyon avro qazanır.

Qeyd edək ki, Sançonun “Borussiya Dortmund” ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Share