İsmayıllıda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
24.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 9:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “BMW” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində İsmayıllı sakini, 1985-ci il təvəllüdlü Əsədov Elşən Qabil oğlu, Balakən sakini, 1995-ci il təvəllüdlü Atayev Toğrul Abduləziz oğlu, Ağdaş rayon sakini, 1989-cu il təvəllüdlü Ələkbərov Hüseyn Qəzənfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.











