“Adına kiçik pay torpağı olanlara da 190 manat birdəfəlik yardım verilməlidir”

“Adına kiçik pay torpağı olanlara da 190 manat birdəfəlik yardım verilməlidir”

24.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Kəndlərdə adına kiçik pay torpağı olan insanlara da 190 manat birdəfəlik yardım şamil edilməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Əli Məsimli bildirib.

Ə. Məsimli deyib ki, yerli icra strukturları kəndlərdə məhəllə-məhəllə hansı ailələrin yardıma ehtiyacı olduğu barədə siyahılar hazırlayıb: “Bu məlumatlar da sosial yardımlar üçün istifadə edilməlidir. Ümumiyyətlə, sosial yardım sistemi təkmilləşdirilməlidir”.

Share