TƏBİB-in İdarə Heyətinin sədri özəl sektora təşəkkür edib

TƏBİB-in İdarə Heyətinin sədri özəl sektora təşəkkür edib

24.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Müxtəlif otellər xüsusi karantin rejimində öz xidmətlərini təqdim ediblər, bir çox özəl şirkətlər dəstək verib. Xüsusən “Paşa Holdinq” 3 milyon 200 min manat dəstək verib”. 

APA-nın məlumatına görə, bunu bu gün xüsusi karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
 
O bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni Çağrı Mərkəzi yaradılıb: “21 könüllü təlim keçib, psixoloji dəstək üçün Heydər Əliyev Mərkəzində Çağrı Mərkəzində fəaliyyət göstərirlər. Vətəndaşlar Çağrı Mərkəzinə müraciət edə bilərlər. 70-dən artıq həmkarımız bu Çağrı Mərkəzində vətəndaşlarımıza fəaliyyət göstərəcəklər”.
 
TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, respublika ərazisində xüsusi rejimli xəstəxanalar, otellər və sanatoriyalar xüsusi karantin rejimində öz xidmətlərini təqdim ediblər: “Bununla bağlı özəl sektora təşəkkür etmək istəyirəm”. 

Share