“Sabah” klubu Marko Deviçlə yollarını ayırıb

“Sabah” klubu Marko Deviçlə yollarını ayırıb

24.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakının “Sabah” futbol klubu hücumçusu Marko Deviçlə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, 36 yaşlı ukraynalı hücumçu koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda klub rəhbərliyinə müraciət edib. O, ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini bildirib. Futbolçunun bu istəyinə müsbət cavab verildiyi qeyd edilib. Bildirilib ki, futbolçu ilə klub rəhbərliyi arasında xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsinin uzadılmaması barədə razılaşma olub. Bu razılaşmaya əsasən, artıq Deviçin “Sabah”la müqavilə müddəti başa çatıb.

Klub Marko Deviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018-2019-cu il mövsümündə “Sabah”da çıxış edib. Ötən yay Serbiyanın “Voydovats” klubuna keçən M.Deviç cari mövsümün qış fasiləsində yenidən Premyer Liqa təmsilçisinə transfer olunub.

Share