Futbol üzrə Rumıniya çempionatı Türkiyədə keçirilə bilər

Futbol üzrə Rumıniya çempionatı Türkiyədə keçirilə bilər

24.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu gün Rumıniya Futbol İttifaqı klub nümayəndələri ilə videokonfrans şəkilində iclas təşkil edib.

AZƏRTAC xəbər verir ki, əksər komandalar mövsümün bərpa olunmasını və çempionatın Türkiyədə davam etməsini dəstəkləyiblər.

Rumıniya Futbol İttifaqı 2-3 həftədən sonra klubların çarter reysləri ilə Antalyaya gedəcəyini və həmin şəhərdə klub mövsümünü bərpa edəcəyini planlaşdırır. Milli çempionat oyunlarının Türkiyədə keçirilməsi ilə bağlı son qərarı Rumıniya hökuməti verəcək. Matçlar iyundan başlayaraq iyulun sonunda bitməlidir.

Xatırladaq ki, Rumıniya futbol çempionatı mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılmışdı.

Share