Hollivud ulduzu vəfat edib

Hollivud ulduzu vəfat edib

24.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Emmi” və “Qızıl Qlobus” mükafatlarının sahibi, Hollivud ulduzu Şirli Nayt vəfat edib.

bu barədə 83 yaşlı aktrisanın qızı Keitlin Hopkins Feysbuk səhifəsində məlumat verib.

O, məşhur ulduzun Texas ştatının San-Markos şəhərindəki evində təbii səbəblərdən dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, Şirli Nayt “Şirin səsli gənclik quşu” və “Pilləkənin yuxarısındakı qaranlıq” filmlərindəki obrazına görə “Oskar” mükafatına namizəd olub.

 

Share