BMT əməkdaşları arasında koronavirusa yoluxanların sayı 284 nəfərə çatıb
25.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Dünyada BMT əməkdaşları arasında koronavirusa yoluxanların sayı 284 olub.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik videobrifinq zamanı deyib.
Onun sözlərinə görə, sülhməramlılar, döyüş və siyasi missiyalar da daxil olmaqla, BMT katibliyində 43 nəfər virusa yoluxub.











