Onlayn superturnirin dördüncü turunda Maqnus Karlsen Maksim Vaşe-Laqravla mübarizə aparacaq

Onlayn superturnirin dördüncü turunda Maqnus Karlsen Maksim Vaşe-Laqravla mübarizə aparacaq

24.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirdə bu gün dördüncü turun ilk görüşləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bugünkü qarşılaşmalarda M.Karlsen fransalı Maksim Vaşe-Laqrav, FIDE təmsilçisi Əlirza Firuzca ABŞ idmançısı Fabiano Karuana ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, M.Karlsen 8 xalla turnir cədvəlinin lideridir. Rəqibi M.Vaşe-Laqravın 5 xalı var. Digər cütlüyün oyunçuları F.Karuananın 5 xalı olsa da, rəqibi İranlı Ə.Firuzca xalsızdır.

Turnirin digər iştirakçılarından Hikaru Nakamura 7, rusiyalı Yan Nepomnyaşı 5, çinli Liren Dinq 6 xal toplayıblar. Niderlandlı Aniş Giri isə aktivinə hələ ki, xal yazdıra bilməyib.

Share