1 milyon dollar bağışladı

1 milyon dollar bağışladı

25.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Hollivud ulduzu Şarliz Teron da koronavirusla mübarizə aksiyasına qoşulub.

44 yaşlı ulduz koronavirus epidemiyasından və məişət zorakılığının qurbanları üçün “The Charlize Theron Africa Outreach Project” fondundan 1 milyon dollar yardım göndərib.

Aktrisa ianənin 500 min dollarını öz vətəni Cənubi Afrika Respublikasına, yarısını isə ABŞ-dakı xeyriyyə fonduna bağışlayıb.

Qeyd edək ki, daha əvvəl Opra Uinfri, Cek Dorsi, Selena Qomez, Madonna, Ancelina Coli, Rihanna, Kayli Cenner kimi məşhurlar da koronavirusla mübarizə aksiyası üçün milyonlarla dollar pul göndərmişdilər.

Share