Britaniyada PUA-lar xəstəxanalara dərman çatdıracaq

Britaniyada PUA-lar xəstəxanalara dərman çatdıracaq

25.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Britaniyada tibbi avadanlıqların, dərman vasitələrinin pilotsuz uçuş aparatları ilə (PUA) xəstəxanalara çatdırılmasının sınaqları həyata keçiriləcək.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat naziri Qrant Şapps məlumat verib.

“Tibb məhsullarının xəstəxanalara çatdırılmasında PUA-dan istifadəyə “yaşıl işıq” verdim. Sınaqlar gələn həftə başlayacaq, PUA yükü Uayt adasındakı Müqəddəs Meri xəstəxanasına çatdıracaq”, – nazir belə deyib.

Share