“ASAN” Könüllüləri və “Azərsun”dan polislərə təşəkkür!

“ASAN” Könüllüləri və “Azərsun”dan polislərə təşəkkür!

25.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“ASAN” Könüllüləri Təşkilatı  “Azərsun” Holdingin xüsusi karantin rejimi dövründəki  sosial təşəbbüsünə dəstək göstərib.

4 gün müddətini əhatə edəcək layihə çərçivəsində Bakı şəhəri ərazisində 2 növbə  üzrə   160 stasionar postda xidmət aparan polis əməkdaşlarına  ASAN könüllüləri tərəfindən “Azərsun” məhsulları və çay termosları hədiyyə olunacaq.

 #VAROLUN sosial çağırışı ilə həyata keçiriləcək layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır.

Share