Bakıda 2 min manatlıq velosiped oğurlanıb

Bakıda 2 min manatlıq velosiped oğurlanıb

25.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda velosiped oğruları tutulub. 

APA-nın məlumatına görə, Yasamal rayon sakini Sahib Bilalzadəyə məxsus dəyəri 2000 manat olan velosiped naməlum şəxs tərəfindən oğurlanıb.

Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Mahir Həsənov və 1994-cü il təvəllüdlü Kənan Fərəcullazadə saxlanılıb.

Araşdırma aparılır.

Share