Bakıda mənzildən 3 min manatlıq oğurluq olub
25.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Bakıda mənzildən oğurluq olub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu S. Rəhmanov küçəsində qeydə alınıb. Şəhər sakini E. Məmmədova məxsus mənzildən 450 manat pul və 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri 1997-ci il təvəllüdlülər Mahir Mehdiyev və İlqar Həbibov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.











