“Çelsi” Olivye Jiru ilə yeni müqavilə imzalayıb

“Çelsi” Olivye Jiru ilə yeni müqavilə imzalayıb

25.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İngiltərənin “Çelsi” futbol klubu hücumçusu Olivye Jiru ilə müqaviləni uzadıb.

AZƏRTAC İngiltərə mətbuatına istinadla xəbər verir ki, 33 yaşlı fransalı hücumçu yeni müqaviləsi əsasında 2021-ci ilin yayınadək komandasının şərəfini qoruyacaq. Klubun bunu tezliklə rəsmən açıqlayacağı bildirilib. Hücumçunun müqaviləsi cari ilin iyununadək qüvvədə idi.

Qeyd edək ki, O.Jiru 2018-ci ildən London klubunda oynayır. O, cari mövsümdə Premyer Liqada keçirdiyi 9 oyunda 2 qol vurub.

Share