Niderland çempionatında cari mövsüm ləğv olunub
25.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Koronavirus pandemiyasına görə Niderland çempionatında cari mövsüm ləğv olunub.
AZƏRTAC Eredeviziyanın rəsmi saytına istinadla xəbər verir ki, çempion elan olunmayacağı və yüksək liqanı heç bir komandanın tərk etməyəcəyi bildirilib. Yeni mövsümdə isə hazırkı 18 klub iştirak edəcək.
Avrokuboklara vəsiqələrin sahibi turnir cədvəlindəki hazırkı sıralamaya əsasən müəyyənləşəcək. Lider “Ayaks” Çempionlar Liqasının pley-off mərhələsində, 2-ci olan “AZ Alkmar” ikinci təsnifat mərhələsində, 3-cü pillədə qərarlaşan “Feyenoord” Avroliqanın qrup mərhələsində, PSV və “Villem II” isə (4-5-ci yerlər) ikinci təsnifat mərhələsində iştirak edəcək.
Bundan başqa, Hollandiya kubokunun “Utrext” – “Feyenoord” finalı da baş tutmayacaq.











