“Dövlət tərəfindən sahibkarlara dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur”

“Dövlət tərəfindən sahibkarlara dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur”

25.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Dövlət tərəfindən sahibkarlara verilən dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur”.

“APA-Economics”in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, karantindən çıxdıqdan sonra iqtisadi fəallıq dərhal bərpa edilməyəcək: “Tövsiyələrdən biri ondan ibarətdir ki, istər ticarət, istər istehsal və xidmət müəssisələrində minimal sayda əməkdaşlar cəlb olunsun. Təbii olaraq bu, ilk növbədə, sanitar-epidemioloji qaydadan irəli gələn məsələdir. Fəaliyyətin tam şəkildə bərpa olunmadığını nəzərə alsaq, bu, müəssisələrin işgüzar aktivliyinə birmənalı təsir göstərəcək”. 

Share