Daha bir azərbaycanlı qrossmeyster şahmatçılar üçün onlayn seans keçirib
25.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Rauf Məmmədov, Eltac Səfərli və Zeynəb Məmmədyarovadan sonra daha bir qrossmeyster karantin günlərində şahmatçılar üçün onlayn seans keçirib.
AZƏRTAC xəbər verir ki, növbəti onlayn seans Fransada yaşayan milli komandamızın keçmiş üzvü, hazırda isə Fransanın Şartr şəhərində “C’Chartres Eches” şahmat klubunda fəaliyyət göstərən Namiq Quliyevin iştirakı ilə baş tutub.
Seansda qeydiyyatdan keçmiş ilk 24 şahmatçı iştirak edib.











