Bakıda qadın özünü binanın 7-ci mərtəbəsindən yerə atıb
25.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə 6-cı mikrorayonda qeydə alınıb.
1973-cü il təvəllüdlü Əliyeva Qumru Fərhad qızı özünü yaşadığı binanın 7-ci mərtəbəsindən yerə atıb.
O, müştərək travma və ağır kəllə-beyin travması diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.











