Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Mübarək Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.
Hakimiyyet.com bildirir ki, Birinci vitse-prezidentin bununla bağlı rəsmi İnstagram səhifəsində etdiyi paylaşımda deyilir: “Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah orucunuzu qəbul etsin!”












