İftar süfrəsinə hazırlaya biləcəyiniz iki ləzzətli resept

İftar süfrəsinə hazırlaya biləcəyiniz iki ləzzətli resept

26.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ramazan ayında xanımları ən çox düşündürən iftar süfrəsinə bişirəcəkləri yeməklərdir. Hər gün yəqin ki, bir neçə dəfə beyninizdə “Bu gün nə bişirim” sualının özünüzə verirsiniz.

Axşam.az iftar süfrəsində hazırlaya biləcəyiniz dadlı və fərqli reseptlər təqdim edir:

Mərcimək şorbası

Ərzaqlar:

1 stəkan qırmızı mərcimək

1 ədəd soğan

1 yemək qaşığı un

1 ədəd kök

Yarım xörək qaşığı bibər və ya pomidor pastası

Duz, qara istiot zövqə görə

1 litr su

2 yemək qaşığı yağ

Sous üçün:

2 yemək qaşığı kərə yağı

1 çay qaşığı qırmızı istiot

Hazırlanması:

Soğanı xırda doğrayıb yağda qovurun. Üzərinə un əlavə edib az odda qarışdıra-qarışdıra bişirin. Tomat pastası töküb, xırda doğranmış kök və yuyulmuş, suyu sıxılmış mərciməkləri tökün. Üzərinə suyu əlavə edib, qarışdırıb, qazanın qapağını bağlayın. Şorba bişdikdən sonra blenderlə əzin. Əgər çox qatı olarsa, bir az su əlavə edib, azca qaynada bilərsiniz.

Balaca tavaya kərə yağı və qırmızı bibər töküb vam odda azca saxlayın. Şorbanı süfrəyə verərkən, üzərinə yağdan əlavə edin. Əgər istəsəniz şorbaya azca ət suyu tökə bilərsiniz. 1 kasa Mərcimək şorbası 85 kaloridir.

Kartoflu köftə

Ərzaqlar:

Çəkilmiş ət – 500 qr.

Soğan – 1 ədəd

Şirin və acı bibər – 5 ədəd

Pomidor – 4 ədəd

Kartof – 4 ədəd

Yumurta – 1 ədəd

Qaraistiot, duz, kəklikotu zövqə görə

3 xörək qaşığı kərə yağı

2 stəkan isti su

Hazırlanması:

Əti qaba töküb üzərinə sürtğəcdən keçirilən soğan, istiot, duz, kəklikotu, yumurta əlavə edib qarışdırın. Köftələri hazırlayıb kənara qoyun. Bibər, kartof və pomidorları doğrayın. Sobaya qoyacağınız qaba köftələri düzün, üzərinə kartof, bibər və pomidorları da əlavə edib, 2 stəkan suyu tökün. Sonda kərəyağını üstünə əlavə edib sobaya qoyun. Bir az duz və istiot da səpin. 180 dərəcədə 1 saata yaxın bişirin.

 

Share