Məşhur amerikalı boksçu Mayk Tayson rinqə qayıtmaq istəyir
26.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıtmaq istədiyini bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə 53 yaşlı boksçu özü məlumat verib. O, evsizlərə və narkomaniyadan əziyyət çəkən insanlara kömək etmək məqsədilə pul qazanmaq üçün idmana qayıtmaq niyyətində olduğunu vurğulayıb.
Amerikalı boksçu karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlub ayrılıb.











