64 yaşlı kişi Yuxarı Qarabağ kanalında batıb

64 yaşlı kişi Yuxarı Qarabağ kanalında batıb

26.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Hacıyev Afiq Teymuraz oğlunun meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, onun meyiti tapılaraq sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 ***

15:05

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Hacıyev Afiq Teymuraz oğlunun batması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Share