İsrailin Səhiyyə naziri istefa verdiyini açıqlayıb

İsrailin Səhiyyə naziri istefa verdiyini açıqlayıb

26.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

İsrailin Səhiyyə naziri Yaakov Litzman şənbə günü istefa verdiyini açıqlayıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin “Kanal 13” televiziyası məlumat yayıb.

Baş nazir Benyamin Netanyahuya istefa vermək istədiyini bildirən nazir buna səbəb kimi ölkədə koronavirus epidemiyası zamanı ciddi tənqidlərlə üzləşdiyini göstərib. 

Baş nazir Netanyahunun bir müddət əvvəl Litzmanın istefa verməsini istəməsi bildirilir. 

Qeyd edək ki, Litzmanın rəhbərlik etdiyi Üaadut A-Torah rartiyası Knessetdə 120 yerdən 8-nə malikdir. 

Xatırladaq ki, Səhiyyə naziri özü də COVID-19 infeksiyasına yoluxub və müalicə olunaraq sağalıb.

 

Share