Daha bir futbol çempionatı koronavirus səbəbindən təxirə salınıb
26.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Tacikistanda koronavirus pandemiyası səbəbindən futbol yarışları dayandırılıb.
AZƏRTAC Tacikistan futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mayın 10-na qədər bütün futbol oyunları təxirə salınıb.
Hökumətin əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə ictimai və idman tədbirlərinə qadağa qoymasından sonra Tacikistan Futbol Federasiyası bütün futbol yarışlarını dayandırmaq məcburiyyətində qalıb.
Çempionatın 4-cü turunun bu gününə planlaşdırılan görüşləri isə keçiriləcək.











