Ermənistanda koronavirusa yoluxanların sayı 1746 nəfərə çatıb
26.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Ötən sutka ərzində Ermənistanda daha 69 nəfərin yeni növ koronavirusa (COVİD-19) yoluxduğu aşkarlanıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 1746 nəfərə çatıb.
Ermənistanda indiyə qədər koronavirusa yoluxan 28 nəfər ölüb.











