Kanye Uest milyarder oldu
26.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Forbes” jurnalı amerikalı məşhur repçi Kanye Uesti milyarder elan edib.
nəşrin mütəxəssisləri onun 1,3 milyard dollara (təxminən 2 milyard 210 milyon dollar) sahib olduğunu bildirib.
Lakin repçi onların hesablamaları ilə razılaşmır. O qeyd edib ki, uzun müddət jurnalın nümayəndələrinə milyarder olduğunu sübut etməyə çalışır:
“1,3 yox 3,3 milyard dollar (təxminən 5 milyard 610 milyon manat). “Forbes”in nümayəndələri hesablamağı bacarmır”.
Kanye öz maliyyə hesabatlarını açıqlamaqdan imtina edib. Milyarder statusu isə ona yalnız müvafiq sənədləri təqdim etdikdən sonra verilib.











