Şirvanda üzərinə şkaf düşən uşaq ölüb
26.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Şirvanda faciəli hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Naxçıvan küçəsində yerləşən fərdi yaşayış evində valideyn nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Hüseynova Günay Yusif qızının üzərinə şkaf aşıb.
Kəllə-beyin travması və daxili orqanlarının əzilməsi nəticəsində 4 yaşlı uşaq vəfat edib.











