“YouTube”a pul köçürsəniz trendə düşərsiniz”

“YouTube”a pul köçürsəniz trendə düşərsiniz”

26.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Müğənni Nura Suri həmkarlarının kliplərinin “trend”ə necə düşməsindən söhbət açıb.

bu barədə “MTV”yə müsahibəsində danışan sənətçi bir çoxlarının gizlətdiyi məqamlara da toxunub:
 
“Düzdür, mahnılarımın baxış sayı milyonları keçmir. O “trend”ə necə düşürlərsə, yollarını biz bilmirik. Bildiyimə görə “YouTube”un öz reklamı var. Bəziləri bilmirlər. Çıxıb deyirlər ki, yalançı baxış. Mahnıya verdiyiniz pul qədər də “YouTube”un özünə pul köçürsəniz, onda o trendə də düşür, reklam da olur. Bunu çox adam görür. Təzəlikcə bilmişəm ki, milyonlarla baxış sayı olan müğənnilər reklama çox pul xərcləyiblər ki, indi də o pulu qazanırlar.  Onlar “YouTube”u qazandırıblar, “YouTube”da onlara qazandırır. Mən də maraqlanacam və gələcəkdə istifadə edəcəm”.

Share