"Oskar"lıq mübarizə aparmışam
26.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Türkiyəli aktrisa Gökçe Bahadır “YouTube”da yayımlanan verilişlərin birində qonaq olub.
G.Bahadır aktrisa olmaq üçün xeyli mübarizə apardığını bildirib:
“Hayat bilgisi” serialından öncə aktrisa olmaq üçün “Oskar”lıq mübarizə aparmışam. Tıxacla bağlı verilişdə belə aparıcılıq etmişəm. Çılğın bir mübarizə olub”.
Aktrisa karantin günlərindən də bəhs edib:
“Evdə qalmaq mənə yaxşı təsir etdi. O qədər ağır iş rejimim var idi ki, virusa görə dincəlmək fürsətim oldu. Evim üçün də darıxmışdım”.











