Maqnus Karlsen superturnirdə turnir cədvəlinin autsayderinə məğlub olub
27.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirində beşinci turun iki qarşılaşması baş tutub.
AZƏRTAC xəbər verir ki, bugünkü qarşılaşmalarda turnirin autsayderləri FIDE təmsilçisi Əlirza Firuzca və niderlandlı Aniş Giri əsas partiyalarda rəqiblərini məğlub ediblər. Belə ki, A.Giri M.Karlsen, Ə.Firuzca fransalı Maksim Vaşe-Laqrava qalib gəliblər. Bununla, iranlı şahmatçı turnirdə ilk 3 xalını əldə edib, Niderland təmsilçisi isə xalların sayını dördə çatdırıb.
Qeyd edək ki, M.Karlsen 11 xalla turnir cədvəlinin lideridir.











