İkiqat Olimpiya çempionu Norveç yığmasının heyətindən kənarlaşdırılıb

İkiqat Olimpiya çempionu Norveç yığmasının heyətindən kənarlaşdırılıb

27.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İkiqat Olimpiya və dördqat dünya çempionu Martin Yonsrud Sundbyu dağ xizəkçiliyi üzrə Norveç milli komandasının heyətindən kənarlaşdırılıb.

AZƏRTAC NRK nəşrinə istinadla xəbər verir ki, buna səbəb koronavirus pandemiyasına görə Norveç Dağ Xizəkçiliyi Federasiyasının maliyyə problemi yaşadığı göstərilir. Ancaq federasiya idmançının son zamanlar yarışlarda uğursuz çıxış etdiyi üçün bu addımı atdığını qeyd edib.

Bir müddət əvvəl idmançı özü də formada olmadığını söyləyib: “Ümid edirəm ki, problemlərimi həll edəcəyəm. İlin əvvəlində çox yarışda iştirak etdim və gərginlik yaşadım. Belə olan halda gücümü ortaya qoya bilmədim”.

Share