Tramp səhiyyə nazirinin işdən qovulması ilə bağlı xəbəri şərh edib

Tramp səhiyyə nazirinin işdən qovulması ilə bağlı xəbəri şərh edib

27.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

ABŞ Prezidenti Donald Tramp Səhiyyə naziri Aleks Azarın vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

APA “TASS”-a istinadən xəbər verir ki, o, öz “Twitter” səhifəsində bu barədə açıqlama verib.

Tramp həmin məlumatları təkzib edərək “saxta xəbər” adlandırıb: “Aleks işinin öhdəsindən əla gəlir”.

Onun sözlərinə görə, məlumatı yayan KİV nümayəndələri öz oxucularının təsəvvüründə “xaos və iğtişaşlar” yaratmağa çalışır.

Share