Koronavirusdan ölənlərin sayı 3 milyona çatır
27.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Dünyada koronavirusa yoluxanların sayı artıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunla bağlı yeni statistikanı açıqlayıb.
Bildirilib ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 2 994 761 nəfər təşkil edir.
Bundan başqa, 206 992 pasiyent koronavirusun qurbanı olub.
Məlumata görə, pandemiyanın başlanğıcından 878 820 insan sağalıb. Hazırda dünyada 57 603 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.











