"12 cəsəd daşıdım" – Günayın keçmiş əri
27.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
Azərbaycanlı model Günay Musayevanın keçmiş əri, aktyor Tolqa Karel koronavirusa görə 1 aydır ailəsini görmədiyini deyib.
Tolqa bu hada “2. Sayfa” proqramına açıqlamasında söyləyib.
2017-ci ildə aktyorluğu atıb TIR sürücüsü olan Tolqa Amerikaya köçüb və orada Sarah Scott adlı xanımla ailə qurub. Karel ABŞ-da koronavirus infeksiyası ərəfəsində yaşadığı çətin anlardan bəhs edib.
“Ötən ay böyrəklərimdə problem yarandı, həkimə getdim. Rentgen üçün 3500 dollar istədilər. Dedim , siz rengten çəkin, böyrəyim də sizdə qalsın, əvəvz-əvəz olaq. Ölsəm də o pulu vermərəm” sözlərini söyləyib.
Keçmiş aktyor bildirib ki, ailəsini qorumaq üçün 1 aydır TIR-da yaşayır:
“Nə qədər diqqət etsək də, küçədə çox oluruq. Virusa yoluxa bilərəm. Burada insanlar işlərini itirirlər, çox çətin vəziyyətdədilər. Həyat yoldaşımı da 1,5 ildir işlədiyi yerdən çıxardıblar. Nyu-Yorkda mənə qısa məsafəyə aparmalı olacağın yük var dedilər. Gedib yükə baxdım, 12 cəsəd… Şok oldum, amma koronavirusdan ölən həmin 12 insanın meyidini daşıdım”.
Qeyd edək ki, Tolqa və Günay illər əvvəl ailə qurub və ayrılıblr. Onların bu nikahdan bir oğlu var.













