"Dövlətdən 1000 manat yardım aldım" – Nazim
27.04.2020“Hakimiyyet.com” xəbər verir ki,
“Faytonçu” ləqəbli müğənni Nazim Pişiyari dövlətdən maddi yardım aldığını deyib.
sənətçi bu haqda “Hüseynova bacıları” verilişində deyib. O bildirib ki, vergi ödəyicisi olduğu üçün ona da dəstək edilib:
“Vergi ödəyicisiyəm. Azad sahibkaram. Dövlət bizlərə yardım etdi. Mən dövlətdən 1000 manata qədər kömək aldım. Mənim kimi digər həmkarlarım da vergi ödəyicisidirsə, dəstək alıblar”.











