Qarajdan silah oğurlayan keçmiş məhkum saxlanılıb

Qarajdan silah oğurlayan keçmiş məhkum saxlanılıb

27.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Sabirabadda qarajdan silah oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də rayon ərazisindəki həyətlərin birindəki qarajdan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngini, 6 ədəd patronu, 1 ədəd bıçağı və 3 ədəd su mühərriki oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Kuzmin tutulub.

Araşdırma aparılır.

Share